5 dekabr 2025. Cümə

Sampdoriya'nın futbolçusu koronavirusa qalib gəldi


Sampdoriya'nın futbolçusu koronavirusa qalib gəldi

 "Sampdoriya"nın futbolçusu Manolo Qabbyadini bir müddət öncə yoluxduğu koronavirus xəstəliyinə qalib gəlib.

Corner.az xəbər verir ki, bu barədə italiyalı hücumçu yerli mətbuata açıqlamasında bildirib.

 "Birinci gün hərarətim oldu, növbəti beş gündə isə xoşagəlməz öskürək var idi. Bu müddəti evdə keçirdim. Hər gün həkimlərlə danışırdım. Sonuncu testin nəticəsi mənfi çıxdı. Amma qaydalara görə, xəstəliyə qalib gəldiyimə tam əmin olmaq üçün daha bir sutka gözləməli, bundan sonra isə növbəti dəfə analiz verməliyəm".

Qeyd edək ki, Manolo Qabbyadini "Sampdoriya"da koronavirusa yoluxan ilk futbolçu olub. Ondan sonra daha 6 komanda yoldaşında virusun simptomları aşkarlanıb.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”