- İtaliya S.A.
- 15:41 21.11.2024
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç bu mövsümün sonu karyerasını başa vuracağı barədə yayılan xəbərlərə münasibət bildirib.
Corner.az xəbər verir ki, isveçli hücumçu ölkəsinin mətbuatına müsahibəsində bununla bağlı deyib: “Hələ nə istədiyimi bilmirəm. Hər gün yeni bir şey hiss edirsən. İtaliya mənim ikinci evimdir, azarkeşlərlə dolu olan "San Siro"da yenidən oynamaq gözəl idi. İtalyanların əsl futbola olan ehtirası məni təəccübləndirdi".
38 yaşlı oyunçu daha da inkişaf etdirmək istədiyini söyləyib: "Ancaq təkcə özüm və futbol haqqında yox, həm də məni əhatə edən şeylər - ailəm və xoşbəxtliyim barədə düşünürəm. Futbol karyeradır, amma həyatda çox şey var.Yeni bir şey öyrənmək, bir insan olaraq daha yaxşı olmaq və bütün bunları başqalarına çatdırmaq istəyirəm".
Qeyd edək ki, İbrahimoviçin "Milan"la müqaviləsi bu ilin iyununda başa çatır.(qol)