14 may 2026. Cümə axşamı

İtaliya A Seriyasının başlayacağı vaxt açıqlandı


İtaliya A Seriyasının başlayacağı vaxt açıqlandı

İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin A Seriyasısının bərpası ilə bağlı açıqlama verib.

Corner.az “Football Italia” nəşrinə istinadən xəbər verir ki, federasiya rəhbəri mövsümü bitirməyin prioritet olduğunu bildirib. O, çempionatın nə vaxt bərpa oluna biləcəyi ilə bağlı bunları söyləyib: “Mayın 20-də və ya iyunun əvvəlində başlamaq, iyulun sonuna qədər oynamaq istəyirik. Avqust və sentyabr variantları da müzakirə olunacaq”.

Qravin neytral ərazidə oynamağın yaxşı qərar olmadığını sözlərinə əlavə edib “Amma bu seçimi də nəzərdən keçiririk. 4-5 variant hazırlamağa çalışırıq. Mövsümü ləğv etmək çox çətin olacaq. Bu, qəddar bir haqsızlıq olardı. İnanıram ki, hətta “Yuventus” da bu qərara qarşı çıxacaq".

Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də koronavirusa görə dayandırılıb.  







İtaliya S.A.

“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi