5 dekabr 2025. Cümə

Ronaldo ilk milyarder futbolçu olacaq


Ronaldo ilk milyarder futbolçu olacaq

 "Yuventus"un futbolçusu Kriştiano Ronaldo karyerasında 1 milyard ABŞ dolları qazanan ilk futbolçu olacaq.

Bu barədə Corner.az Busuness Insider"ə istinadən məlumat verir. 

Məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar karantin üzündən onun əmək haqqının azaldılmasına baxmayaraq, bu il portuqaliyalı hücumçunun gəliri artacaq.

"Yuventus"dakı əmək haqqından əlavə, Ronaldo CR7 kişi geyimi brendi, otellər şəbəkəsi və reklam müqavilələrindən qazanır.

Ümumilikdə isə 35 yaşlı futbolçu qazancı milyardla ölçülən 3-cü idmançı olacaq. Daha əvvəl bu, qolfçu Tayger Vuds və boksçu Kiçik Floyd Meyvezerə qismət olub. 2020-ci ildə onlara tennisçi Roje Federer də qoşulacaq.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”