14 avqust 2026. Cümə

Milan braziliyalı futbolçu aldı - RƏSMİ


Milan braziliyalı futbolçu aldı - RƏSMİ

İtaliyanın Milan klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi Braziliya Flamengo'sunun futbolçusu Lucas Paqueta'nı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Gənc oyunçu yeni komandasına yanvarın 7-də qoşulacaq.Bu transfer Milan'a 35 milyon avroya başa gəlib.Gənc yarımmüdafiəçisinə Avropanın bir neçə klubu, o cümlədən, İspaniya Barselona'sı ilə Fransa PSG'si də iddialı idi.

Qeyd edək ki, Paqueta ötən mövsüm Braziliya A Seriyasında 32 oyuna 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. (komanda.az)









İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"