5 dekabr 2025. Cümə

Yuventus Buffon'la yeni müqavilə imzalayır


Yuventus Buffon'la yeni müqavilə imzalayır

 "Yuventus"un qapıçısı Canluici Buffon karyerasını başa vurmağı planlaşdırmır.

Corner.az "Corrieredella Sera"ya istinadən xəbər verir ki, "qoca sinyora" 42 yaşlı qolkiper ilə cari mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini uzatmaq istəyir.

Turin təmsilçisi Buffonla yanaşı, komandanın müdafiəçisi Corcio Kyellini ilə də yeni sözləşmə imzalamağa hazırlaşır.

Qeyd edək ki, Canluici Buffon "Yuventus"un heyətində bu mövsüm bütün turnirlərlə birlikdə cəmi 11 oyunda meydana çıxıb.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”