22 aprel 2026. Çərşənbə

Ronaldonun məşqi tənqid olundu


Ronaldonun məşqi tənqid olundu

Portuqaliyanın Madeyra muxtar regionunun səhiyyə departamentinin rəhbəri Pedro Ramos "Yuventus"un futbolçusu Kriştiano Ronaldonun stadionda məşq etməsi xəbərinə münasibət bildirib.

Corner.az xəbər verir ki, Ramos portuqaliyalı hücumçunun stadiondan şəxsi məşq üçün yararlanmağa haqqının olmadığını açıqlayıb. 

Onun fikrincə, dünyanın ən yaxşı oyunçularından biri digər vətəndaşlara nümunə olmalıdır: "Belə görünür ki, Kriştiano bir neçə dəqiqə məşq edib və bu, heç kimə ziyan gətirməyib. Amma mən futbolçunun yol verdiyi qayda pozuntusunun ciddiliyini azaltdığımıza dair fikirləri eşitmək istəməzdim. Hamımız öz hərəkətlərimizə cavabdehlik daşımalıyıq".


Qeyd edək ki, Kriştiano Ronaldo fevralın 9-da Madeyra adasındakı Funşal şəhərinin stadionunda koronavirus pandemiyası ilə əlaqədar karantin vaxtı məşq edib. 







İtaliya S.A.

“Milan” üçün əsas olan xallardır"
  • İtaliya S.A.
  • 23:18 19.04.2026
“Milan” üçün əsas olan xallardır"
“Milan” 3 xalı tək qolla qazandı
  • İtaliya S.A.
  • 20:38 19.04.2026
“Milan” 3 xalı tək qolla qazandı