Leaks of next Italian government measures showing that football with crowds unlikely to happen before January 2021
İtaliya hökuməti 2021-ci ilin yanvar ayına qədər ölkədə keçiriləcək futbol matçlarında azarkeşlərin iştirakını qadağan edəcək.
Corner.az xəbər verir ki, bu barədə özünün “Twitter” hesabında “BeIN Sports” kanalının jurnalisti Tankredi Palmeri yazıb.
İtaliya çempionatı koronavirusun ölkədə yayılması səbəbindən dayandırılıb.
Qeyd edək ki, İtaliyada 152 mindən çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 19 468 nəfər ölüb, 32 534 nəfər isə müalicə alaraq sağalıb.
Leaks of next Italian government measures showing that football with crowds unlikely to happen before January 2021