- İtaliya S.A.
- 15:41 21.11.2024
"Roma”nın əfsanəvi futbolçularından olan Daniele De Rossi komandanın baş məşqçisi olmaq istəyir.
Corner.az xəbər verir ki, ötən il futbolçu karyerasını başa vuran İtaliya millisinin sabiq üzvü bunu “Sky Sport Italia”ya açıqlamasında deyib.
36 yaşlı keçmiş yarımmüdafiəçi əvvəlcə məşqçi kursu keçməli olduğunu xatırladıb: “20 il eyni klubda oynamaq çox nadir görünür. Ona görə mənim karyeramı qeyri-adi saymaq olar. Təbii ki, məşqçi olsam, eyni şeyi arzulaya bilmərəm. Çünki məşqçi həyatı elə də uzun sürmür. Mən “Roma”nın baş məşqçisi olmaq istərdim. Amma bunun üçün hələ lazım olan məşqçilik təhsilini almalıyam. Hansı ki, bütün gənc mütəxəssislər bu yolu keçiblər”.
Qeyd edək ki, 2002-2019-cu illərdə "Roma"nın şərəfini qorumuş De Rossi karyerasının son dönəmində Argentinanın “Boka Xuniors” klubunda çıxış edib.(qol)