- İtaliya S.A.
- 15:41 21.11.2024
"İnter"in hücumçusu Romelu Lukaku sosial şəbəkə hesabından komanda yoldaşı Lautaro Martines barədə danışıb.
Corner.az xəbər verir ki, 26 yaşlı futbolçu Martinesin çox yaxşı oyunçu olduğunu və onu sevdiyini bildirib :
“O, canavar kimidir.Hər şeydə çox yaxşıdır, daim inkişaf edir. Adının bir çox klubla çəkilməsi normaldır. Martines buna layiqdir. Mən onu sevirəm”.
Lukaku daha öncə çıxış etdiyi Premyer Liqa ilə İtaliya çempionatını isə belə müqayisə edib: “A Seriyası həqiqətən yaxşıdır. Oyunun intensivliyi və enerji səviyyəsini Premyer Liqa ilə müqayisə etmək olar. Onu deyim ki, İtaliya klubları taktikaya çox önəm verirlər. Qol vurmaq insanların düşündüyü qədər asan deyil, bunun üçün hər oyunda daha fərqli oynamalısan. Hər liqanın öz güclü tərəfləri var və mən burada çıxış etməkdən razıyam. Həm İtaliyanı, həm də İngiltərəni sevirəm".