23 noyabr 2024. Şənbə

İtaliya A Seriyası mayda bərpa oluna bilər - RƏSMİ AÇIQLAMA


İtaliya A Seriyası mayda bərpa oluna bilər - RƏSMİ AÇIQLAMA

“Daha öncə dediyimi təkrar etməliyəm: İdmançıların sağlamlığına dair zəmanət olanda yenidən başlaya bilərik”.

Corner.az  xəbər verir ki, bu fikirləri İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin "Sky TV"yə A Seriyasının bərpası ilə bağlı açıqlamasında deyib.

"Skype" vasitəsilə canlı yayıma qoşulan funksioner bildirib ki, mayın əvvəlində oyunçuları koronavirusa görə test etmək istəyirlər: “Bundan sonra mövsümün qaldığı yerdən davam etməsi ilə bağlı hazırlıqlara başlayacağımıza ümid edirəm. Ümidvaram ki, mümkün olan ən qısa zamanda başlayacağıq. Çempionatı başa çatdırmaq üçün hər hansı müddət yoxdur, amma mövsümü yekunlaşdırmalıyıq. Bunu edə bilməsək, mənfi nəticələr üzə çıxacaq”.

Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də koronavirusa görə dayandırılıb.







İtaliya S.A.

Qabbia "Milan"la müqaviləsini uzadacaq
  • İtaliya S.A.
  • 14:57 21.11.2024
Qabbia "Milan"la müqaviləsini uzadacaq
"Balotelli yolunu azıb"
  • İtaliya S.A.
  • 22:34 19.11.2024
"Balotelli yolunu azıb"
"Cenoa" Qilardinonu istefaya göndərdi
  • İtaliya S.A.
  • 20:55 19.11.2024
"Cenoa" Qilardinonu istefaya göndərdi