29 iyun 2026. Bazar ertəsi

İnter'dən 1 milyon maska yardımı


İnter'dən 1 milyon maska yardımı

“İnter” klubu koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə növbəti yardım kampaniyasına başlayıb.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İtaliya təmsilçisi 1 milyon qoruyucu maska yardımı etməyə qərar verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
İlk olaraq 200 min maska alınaraq İtaliyanın müxtəlif bölgələrinə göndərildiyi bildirilib. Qalan 800 min maska isə qarşıdakı günlərdə tələbatın daha çox olduğu bölgələrə göndəriləcək.

Qeyd edək ki, “İnter” daha öncə də 300 min qoruyucu maska və geyim dəsti bağışlamışdı.








İtaliya S.A.

Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı