"Yüksəlişiniz nə qədər çox olarsa, oyunçularla münasibət qurmaq bir o qədər çətindir. Ətrafınız çox dəyişir və münasibət qurmaq daha uzun çəkir”.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri “Yuventus”un baş məşqçisi Mauritsio Sarri “Çelsi”də işlədiyi dönəmdə futbolçularla çətin münasibətlərindən danışarkən deyib.
61 yaşlı mütəxəssis London təmsilçisinin oyunçuları ilə münasibətinin ziddiyyətli olduğunu söyləyib: “Amma komandadan ayrıldığımı deyəndə çoxları ağladı. Başqalarının başına vuran insanlardan deyiləm. Tez-tez nəyi səhv etdiklərindən və nəyi daha az yaxşı etdikləri barədə danışıram. İnanıram ki, bu futbolçulara daha yaxşı təsir edir və bundan sonra sizə dəyər verməyi öyrənəcəklər”.
Qeyd edək ki, italiyalı baş məşqçinin “Yuventus”la 2022-ci ilin yayına qədər müqaviləsi var.