5 dekabr 2025. Cümə

Boban Milan'ı məhkəməyə verir


Boban Milan'ı məhkəməyə verir

"Milan"ın futbol şöbəsinin keçmiş rəhbəri Zvonimir Boban klubu məhkəməyə vermək niyyətindədir. 

Corner.az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, sabiq futbolçu "qırmızı-qaralar"dakı işindən kənarlaşdırılmasına etiraz edir. Onun istefasına səbəb kimi klubun sahibi "Elliott" fondu ilə razılaşdırmadan açıqlamalar verməsi göstərilib. 

Boban baş direktor İvan Qazidisin fəaliyyətindən narazılığını media vasitəsilə bildirib. 51 yaşlı mütəxəssisin sözlərinə görə, Qazidis almaniyalı baş məşqçi Ralf Ranqniklə ondan xəbərsiz danışıqlar aparıb. 

Qeyd edək ki, Zvonimir Boban "Milan"da cəmi 9 ay işləyib







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”