29 iyun 2026. Bazar ertəsi

İtaliya A Seriyası ilə bağlı qərar verildi


İtaliya A Seriyası ilə bağlı qərar verildi
 İtaliya A Seriyasında iştirak edən klubların və təşkilat komitəsinin iştirakı ilə videokonfrans keçirilib.
 
Corner.az xəbər verir ki, toplantıda koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış çempionatın taleyi ilə bağlı müzakirələr aparılıb.
 
Müzakirələr nəticəsində klubların böyük əksəri 2019/20 mövsümünün bərpa olunmasına səs veriblər. Lakin A Seriyası oyunlarının nə vaxt başlayacağına dair qərar daha sonra veriləcək. Bunun üçün ilk növbədə ölkədə uyğun şəraitin yaranması və İtaliya rəhbərliyinin razılığı vacib şərt kimi diqqətə çatdırılıb. Bundan başqa, futbolçular da daxil olmaqla bütün kollektivin sağlamlığını qorumaq üçün oyunların hamısı tibbi protokollara uyğun keçiriləcək.
 
Xatırladaq ki, daha öncə A Seriyası təmsilçilərindən “Torino”, “Sampdoriya”, “Bolonya”, SPAL, “Breşiya” və “Udineze”nin bu mövsümün ləğvinin tərəfdarı olduğuna dair xəbərlər yayılmışdı.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı