5 dekabr 2025. Cümə

25 futbolçudan 23-ü xəstə idi - Lukaku'dan şok açıqlama


25 futbolçudan 23-ü xəstə idi - Lukaku'dan şok açıqlama
“İnter” klubunun hücumçusu Romelu Lukaku koronavirus pandemiyası və karyerası ilə bağlı danışıb.
 
Corner.az xəbər verir ki, ölkəsinin mətbuatına açıqlama verən 26 yaşlı futbolçu, yanvar ayında “İnter”in futbolçularında virusun simptomlarının olduğunu söyləyib:
 
“Dekabrda bir həftə tətil etdik. Tətildən qayıdanda 25 futbolçudan 23-ü xəstə idi. Bu, zarafat deyil. “Kalyari” ilə matçda (1:1) müdafiəçimiz Milan Şkrinyar oyuna davam edə bilmədi və 25 dəqiqə sonra əvəzlənməli oldu. Həmin vaxt komandada mən də daxil hər kəsin yüksək temperaturu var idi. Uzun illər idi ki, belə vəziyyətdə olmurdum. Bu vəziyyət yaşananda bizi koronavirus testindən keçirmədilər”.
 
Karyerası ilə bağlı danışan belçikalı  futbolu sabiq klubu “Anderlext”də bitirmək istədiyini bildirib:
 
“16 yaşımdan peşəkar futboldayam və 36 yaşıma qədər oynamaq istəyirəm. Karyeramı “Anderlext”də bitirməyi arzulayıram. Karyeramın başladığı yerə qayıdıb, futbolu da  orda yekunlaşdıracam”.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”