23 oktyabr 2024. Çərşənbə

Mənim hekayəm tarixdə əbədi qalacaq – İbrahimoviç


Mənim hekayəm tarixdə əbədi qalacaq – İbrahimoviç

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç onun heykəlinə qarşı edilən vandalizm aktına münasibət bildirib.

Corner.az xəbər verir ki, İbrahimoviç hadisəni ölkəsinin “dplay” portalına müsahibəsində şərh edib. 38 yaşlı futbolçu bunları deyib:

“Təəssüf. Bunu edən insanlar diqqət çəkmək, mətbuatın onlardan yazmasını istəyir. Bu, uşaq baxçası səviyyəsində hərəkətdir. Mən isə böyük oyunçuyam. Heykəldir. Onu sökdülər, sildilər. Amma bu o demək deyil ki, mənim varlığım, hekayəm tarixdən silinəcək. Bunlar əbədi qalacaq”.

Qeyd edək ki, ötən il isveçli futbolçunun doğma klubu “Malmö” şəhərdə ona heykəl ucaldıb. Bir müddət sonra futbolçu digər İsveç klubu “Hammarbü”nin sahiblərindən biri olub. Bu isə bir qrup “Malmö”lü azarkeşin xoşuna gəlməyib və bir neçə dəfə onun heykəlinə dağıtmağa çalışıblar.







İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"