23 oktyabr 2024. Çərşənbə

Oğlumu Latsio'ya göndərəcək qədər axmaq deyiləm


Oğlumu Latsio'ya göndərəcək qədər axmaq deyiləm
İtaliya millisinin və “Roma”nın sabiq yarımmüdafiəçisi Françesko Totti oğlu Kristianı “canavarlar”ın əzəli rəqibi olan “Latsio”ya göndərəcəyinə dair xəbərlərə münasibət bildirib.
 
Corner.az xəbər verir ki, “Roma”nın indiki rəhbərliyindən narazı olduğu üçün klubdakı vəzifəsindən istefa verən, o vaxtdan bəri paytaxt təmsilçisinin düşərgəsinə belə getməyən 43 yaşlı sabiq futbolçu, oğlunun “Latsio”ya keçmək ehtimalına toxunub.
 
Alessandro Del Pyero ilə birgə “İnstaqram”da canlı söhbət zamanı, Totti bu məsələyə belə açıqlama verib:
 
“Kristian “Latsio”ya getsə, buna qarşı olmayacağımı demişəm? Bu, doğru deyil. Mən, onun meneceri olacağım halda, “Yuventus”, “Milan”, “Latsio” kimi klublar mənimlı əlaqə yaradarsa, cavab verəcəyimi söyləmişəm. Kristian da mənim kimidi. O da mənim verdiyim cavabı verərdi yəni “yox” deyərdi. Oğlumu “Latsio”ya göndərəcək qədər axmaq deyiləm. Doğrudan da bunu edəcəyimi düşünürsüz?”
 
Qeyd edək ki, Tottinin böyük oğlu olan Kristian hazırda məhz “Roma”nın aşağı yaş qrupları üzrə komandalarında oynayır.






İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"