30 sentyabr 2026. Çərşənbə

İtaliya klubları məşqləri bərpa edir - Tarix də bilindi


İtaliya klubları məşqləri bərpa edir - Tarix də bilindi
Koronavirus pandemiyası səbəbiylə dayandırılan İtaliya A Seriyası klublarının məşqlərə başlayacağı vaxt müəyyənləşib.
 
Corner.az “La Repubblica”ya istinadən xəbər verir ki, ölkənin baş naziri Cüzeppe Konte mayın 4-dən karantin rejiminin şərtlərinin yumşaldılacağını bildirib.
 
Sözügedən tarixdən etibarən futbolçular fərdi məşqlərə başlaya biləcəklər. Mayın 18-dən sonra isə komanda məşqlərinə icazə veriləcək.
 
Bundan əlavə 2021-ci ilin yanvarınadək oyunlar azarkeşsiz baş tutacaq.






İtaliya S.A.