14 avqust 2026. Cümə

9 günə 3 milyon avro qazanacaq


9 günə 3 milyon avro qazanacaq

"Bolonya" klubunun hazırkı baş məşqçisi Sinişa Mixayloviç "Sportinq"dən qovulduğu üçün 3 milyon avro təzminat alacaq.

Corner.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) Lissabon təmsilçinin 51 yaşlı serbiyalı mütəxəssisə 3 milyon avro ödəməli olduğuna dair qərar çıxarıb. 

Mixayloviç 2018-ci il iyulun 18-də “Sportinq”in baş məşqçisi təyin edilib. O, 3 illik müqaviləsinə baxmayaraq, təyinatından 9 gün sonra istefaya göndərilib. 

Sözləşməyə xitam verildikdən sonra baş məşqçiyə 300 min avro ödənilib. Mixayloviç CAS-a müraciət edib və 11.2 milyon avro təzminat tələbi ilə iddia qaldırıb. O, "Bolonya"ya 2019-cu ildən rəhbərlik edir. (report)







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"