29 iyun 2026. Bazar ertəsi

Roma və Latsio məşqlərə başlayır


Roma və Latsio məşqlərə başlayır

"Roma" klubu hakimiyyət orqanlarından icazənin alınmasından sonra mayın 6-dan rəsmən yenidən məşq prosesinə başladığını elan edib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki," Roma” futbol klubunun rəhbərliyi idman növlərinə karantin tədbirlərinin yumşaldılmasına görə Latsio regionunun hakimiyyətinə təşəkkür etmək istərdi. Gələn həftə oyunçularımız tibbi müayinələrdən keçəcəklər və Triqorii məşq mərkəzində təhlükəsizlik qaydalarına riayət etməklə fərdi məşqlərə başlayacaqlar”, - klubun "Twitter”dəki bəyanatında bildirilir.

Qeyd edilir ki, “Latsio” da həmçinin məşqlərə başlaya bilər.

Dünən "Sassuolo" A Seriyasının mayın 4-dən məşqlərə başlayacaq ilk klubu olub. Bu komanda ilə yanaşı, "Parma" və "Bolonya” da məşqlərə başlayacaq. (report)







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı