29 iyun 2026. Bazar ertəsi

İnter də məşqləri bərpa edir


İnter də məşqləri bərpa edir

"İnter" klubu futbolçularının fərdi məşqlərə qayıdışını açıqlayıb.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki,  "Klubun birinci komandasının oyunçuları fərdi məşğuliyyətlərə görə “Appiano-Djentile”də məşq mərkəzindən istifadə edə bilərlər. Kompleksin tibbi və texniki korpuslarından başqa mərkəzin bütün qalan yerləri idmançıların təhlükəsizliyinin təmin olunması üçün bağlı qalacaq", - klubun bəyanatında deyilir.

Daha əvvəl "Roma" futbol klubu da hakimiyyət orqanlarından icazənin alınmasından sonra mayın 6-dan rəsmən yenidən məşq prosesinə başladığını elan edib. Qeyd edilir ki, “Latsio” da həmçinin məşqlərə başlaya bilər.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı