30 sentyabr 2026. Çərşənbə

İtaliya klublarının daha 3 futbolçusu koronavirusa yoluxdu


İtaliya klublarının daha 3 futbolçusu koronavirusa yoluxdu

İtaliyanın "Sampdoriya" və "Fiorentina klublarının daha 3 futbolçusu koronavirusa yoluxub. 

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, hər iki komandanın üzvlərindən götürülmüş dopinq-test nəticəsində üzə çıxıb. "Fiorentina"da futbolçulardan əlavə, klubun 3 əməkdaşından da koronavirus aşkarlanıb. 

Lakin yoluxanların heç birinin adları açıqlanmayıb. Onların izolyasiya olunduqları bildirilib. 

Qeyd edək ki, daha öncə mart-apreldə "Sampdoriya"nın 7 futbolçusu, eyni zamanda komandanın həkimi də koronavirusa tutulub. "Fiorentina"da isə 3 oyunçu - Herman Pesselya, Patrik Kutrone və Duşan Vlahoviç bu xəstəlikdən yenicə sağalıb. (report)







İtaliya S.A.