11 may 2026. Bazar ertəsi

İnter və Milan milyardlıq stadion layihəsini təqdim etdi


İnter və Milan milyardlıq stadion layihəsini təqdim etdi

İtaliyanın "İnter" və "Milan" klubları "San-Siro" rayonunda birgə həyata keçirəcəkləri yeni stadion və əyləncə parkının layihəsini təqdim ediblər.

Corner.az-ın məlumatına görə, layihəyə klubların hazırkı ev arenasının bir hissəsi saxlanılmaqla, yeni stadion tikintisinin iki variantı daxildir. "Cüzeppe Meatsa"dan yalnız aşağı tribunalar saxlanılacaq və stadion idman-əyləncə klasterinin bir hissəsinə çevriləcək.

60 min yerlik yeni arena yaxınlığında 106 000 kvadratmetrlik yaşıl zona olacaq. Layihənin dəyəri 1 milyard dollardır.

Qeyd edək ki, həm "İnter", həm də "Milan"ın ev oyunlarını keçirdiyi "San-Siro" stadionu 1926-cı ildə açılıb. 1979-cu ildə arenanın adı dəyişdirilərək, hər iki komandanın formasını geyinmiş futbolçunun şərəfinə "Cuzeppe Meatsa" olub. Mərhum hücumçu 1934 və 1938-ci il dünya çempionatlarında İtaliya yığmasının heyətində qızıl medal qazanıb. O, 1940 - 1942-ci illərdə "Milan"da, 1946 - 1947-ci illərdə "İnter"də forma geyinib.   







İtaliya S.A.

 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi