23 oktyabr 2024. Çərşənbə

Yuventus'un futbolçusundan şok etiraz


Yuventus'un futbolçusundan şok etiraz

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyot İtaliyaya qayıtmaqdan imtina edir.

Corner.az-ın xəbərinə görə, “L’Equipe” nəşri yazıb ki, futbolçu maaşlarının azaldılmasına etiraz olaraq bu addımı atıb.

Qeyd edək ki, Turin klubu koronavirus pandemiyasının yaratdığı ağır iqtisadi çətinlik səbəbindən futbolçuların maaşında ixtisar edib.

Hazırda komanda məşqlərini bərpa etsə də, 25 yaşlı oyunçu vətəni Fransadadır və uzun müddət orada qalmaq fikrindədir. Məlumata görə, Rabyot geri qayıtmaqla bağlı “Yuventus”un zənginə cavab verməyib. Sonra isə o, Turinə getməyəcəyini bildirib.

“Yuventus” isə futbolçunun bu addımını qeyri-peşəkarlıq kimi qiymətləndirir. Onlar hesab edir ki, Rabyot əslində onun İngiltərə Premyer Liqada oynamasını istəyən anası və agentinin sözlərinə uyaraq geri qayıtmır.







İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"