29 iyun 2026. Bazar ertəsi

A Seriyasının 9 klubu məşqdən imtina etdi


A Seriyasının 9 klubu məşqdən imtina etdi
İtaliya A Seriyasının 9 təmsilçisi mayın 18-də məşqə başlamaqdan imtina edib.

Corner.az “Football Italia”ya istinadən xəbər verir ki, bunlar "Milan", "İnter", "Napoli", "Fiorentina", "Kalyari", "Atalanta", "Verona", "Sampdoria" və "Genoa"dır.

Bu klublar çempionatın bərpası ilə bağlı tərtib edilən tibbi protokoldan narazıdır.  Protokolda göstərilir ki, oyunçulardan biri və ya klubun hər hansı işçisində koronavirus  aşkar edilərsə, bütün komanda 15 gün ərzində karantinə göndəriləcək.

İtaliya klubları Bundesliqa nümunəsindən istifadə edilməsinin tərəfdarıdır. Bundesliqanın tibbi protokolunda qeyd olunub ki, koronavirusa yoluxma halında yalnız həmin şəxs karantinə göndərilir, komanda isə müvafiq testlərdən keçirilir.(qol)





İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı