23 aprel 2026. Cümə axşamı

A Seriyanın başlanma vaxtı açıqlandı


A Seriyanın başlanma vaxtı açıqlandı

İtaliyada koronavirus pandemiyasına görə dayandırılan 2019/20 mövsümünün başa çatacağı və növbəti mövsümün başlama tarixləri açıqlanıb.

Corner.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) rəsmi saytı məlumat yayıb.

FIGC-in Federal Şurasının telekonfrans formatındakı iclasında A, B və C seriyalarının avqustun 20-dək yekunlaşdırılması, növbəti mövsümün isə sentyabrın 1-də başlanmasına qərar verilib.

Federasiya mövsümün yenidən dayanacağı təqdirdə çempionatın qısa pley-off şəklində başa çatdırılacağını da açıqlayıb.

C Seriyasından aşağı olan bütün liqalar, həmçinin həvəskarlar arasındakı çempionatların ləğv olunduğu da elan edilib.

Qeyd edək ki, daha əvvəl İtaliyada çempionatların iyunun 13-də bərpa olunacağı açıqlansa da, daha sonra ölkə rəhbərliyi kütləvi tədbirlərin təşkilinə qoyulan qadağanın iyunun 14-dək uzadıldığını bəyan etmişdi.(qol)







İtaliya S.A.

“Milan” üçün əsas olan xallardır"
  • İtaliya S.A.
  • 23:18 19.04.2026
“Milan” üçün əsas olan xallardır"
“Milan” 3 xalı tək qolla qazandı
  • İtaliya S.A.
  • 20:38 19.04.2026
“Milan” 3 xalı tək qolla qazandı