30 sentyabr 2026. Çərşənbə

Məşhur stadionun sökülməsinə icazə verildi


Məşhur stadionun sökülməsinə icazə verildi

İtaliya Mədəniyyət Nazirliyi "İnter" və "Milan" klublarının ev oyunlarını keçirdiyi "San Siro" stadionunun sökülməsinə icazə verib.

Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, 80 min azarkeş tutumuna malik arenanın mədəni irs statusu daşımadığı məlum olub.

Klubların yeni stadionu San-Siro rayonunda inşa olunacaq.

Qeyd edək ki, "San-Siro" stadionu 1926-cı ildə açılıb. 1979-cu ildə arenanın adı dəyişdirilərək hər iki komandanın formasını geyinmiş futbolçunun şərəfinə "Cuzeppe Meatsa" olub.







İtaliya S.A.