5 dekabr 2025. Cümə

İtaliya klubunun prezidentinə qarşı araşdırmalar başladı


İtaliya klubunun prezidentinə qarşı araşdırmalar başladı

İtaliya Futbol Federasiyası (FIGC) "Latsio" klubunun prezidenti Klaudio Lotitoya qarşı araşdırmaya başlayıb.

Corner.az-ın "Il Tempo"ya istinadən məlumatına görə, buna 63 yaşlı mütəxəssisin martın 8-də keçirilmiş "Yuventus" - "İnter" matçının danışılmış xarakterli olduğuna dair açıqlaması səbəb olub. Lotito Turin komandasından 1 xal geri qalmalarını məhz bu görüşdə baş verənlərlə əlaqələndirib.

FIGC klub prezidentinin bu açıqlamasına aydınlıq gətirmək istəyir. Dedikləri təsdiqlənməsə, Lotitonu müvafiq sanksiya gözləyir.

Qeyd edək ki, "Latsio" A Seriyasında 26 turdan sonra 62 xalla 2-ci pillədə qərarlaşıb







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”