23 noyabr 2024. Şənbə

İnter-dəki karyeramı o bitirdi


İnter-dəki karyeramı o bitirdi

Türkiyənin “Beşiktaş” klubunun təcrübəli futbolçusu Caner Erkin “İnter”də çıxış etdiyi günlərlə bağlı İtaliya mətbuatına açıqlama verib.

Corner.az xəbər verir ki, Caner Erkin “İnter”də Roberto Mançini dövründə hər şeyin qaydasında getdiyini, ancaq Frank de Bur gəldikdən sonra arzu olunmadığını anladığını və komandadan ayrıldığını açıqlayıb.

Türkiyəli futbolçu, həmçinin, Frank de Burun “İnter” kimi böyük bir klubda necə baş məşqçi olmasını başa düşmədiyini də sözlərinə əlavə edib.

“Mançini vəzifədən ayrıldıqdan sonra mən komandada qalaraq, savaşmaq istədim. Ancaq vəzifəsinin icrasına başlayan Frank de Burun mənə qarşı davranışı heç xoş deyildi. Mançini məni sol cinahda oynatmaq istəyirdi və mövsüm öncəsində oynanılan bütün qarşılaşmalarda şans vermişdi.

Mənə çox güvənirdi, getməyinə məyus oldum. Futbolda hər şey ola bilər. O komandanın bir parçası olmağımla fəxr edirdim. Getdiyimiz hər yerdə çox populyar idik. Ancaq Frank de Burun mövqeyi çox kobud idi. İtaliyaya ayaq qoyduğu gündən etibarən heç vaxt planlarında yer almadım. Onun mövqeyi futbol karyeramı tamamilə dəyişdirdi.

Frank de Burun necə insan olduğunu hər kəs bilir. “İnter” kimi bir klubda nəyə görə çalışdığını hələ də anlaya bilmirəm. Mənə etdiklərindən sonra onun haqqında yaxşı düşüncəm olmadı və əsla olmayacaq”, - deyə C.Erkin bildirib. (oxu)







İtaliya S.A.

Qabbia "Milan"la müqaviləsini uzadacaq
  • İtaliya S.A.
  • 14:57 21.11.2024
Qabbia "Milan"la müqaviləsini uzadacaq
"Balotelli yolunu azıb"
  • İtaliya S.A.
  • 22:34 19.11.2024
"Balotelli yolunu azıb"
"Cenoa" Qilardinonu istefaya göndərdi
  • İtaliya S.A.
  • 20:55 19.11.2024
"Cenoa" Qilardinonu istefaya göndərdi