14 avqust 2026. Cümə

A seriyasının bərpa tarixi elan edildi


A seriyasının bərpa tarixi elan edildi

İtaliya A seriyası çempionatın iyunun 13-dən başlanacağı haqda planı təsdiq edib.

Corner.az “Football Italia”ya istinadən xəbər verir ki, bu barədə qurumun rəhbərliyinin yaydığı bəyanatda bildirilib. Dünən A seriyası rəhbərliyi 20 klubun nümayəndəsinin iştirakı ilə keçirilən videokonfransdan sonra müvafiq qərar verilib.

Əgər yaxın vaxtlarda koronavirus pandemiyasına görə mənfiyə doğru dəyişiklik olmasa, yarış iyunun 13-dən davam etdiriləcək və həmin gün 25-ci tura oynanılmamış aşağıda qeyd edilən matçlarla yekun vurulacaq:

«Atalanta» - «Sassuolo»
«İnter» - «Sampdoriya»
«Torino» - «Parma»
«Verona» - «Kalyari»

İyunun 20-dən isə 26-cı tura start veriləcək.

Bu məsələyə dair yekun rəsmi qərar mayın 29-da İtaliyanın idman naziri, ölkə futbol federasiyası və klubların nümayəndələrinin videokonfransından sonra veriləcək.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"