30 iyun 2026. Çərşənbə axşamı

Dibaladan xeyirxah addım


Dibaladan xeyirxah addım

"Yuventus"un hücumçusu Paulo Dibala koronavirus pandemiyası ilə mübarizədə kömək üçün Argentina xəstəxanalarına 160 min avro məbləğində ianə edib.

Corner.az-ın məlumatına görə, bu barədə “La Gazzetta dello Sport” bildirib.

"Paulo Rouson, San-Roke Florensio Dias xəstəxanalarına avadanlığın alınması üçün ianə edib. Artıq hər şey alınıb. Paulo Kordova əyalətinin naziri ilə əlaqədədir. Bir neçə gün sonra hər şey göndəriləcək", - hücumçunun qardaşı Qustavo bildirib.

Dibala Kordova əyalətinə məxsus Laquna-Larqa şəhərindəndir.

Qeyd edək ki, argentinalı futbolçu cari mövsümdə İtaliya çempionatının 24 matçda iştirak edib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı