14 avqust 2026. Cümə

İtaliya klubu Balotellini göndərir


İtaliya klubu Balotellini göndərir

İtaliyanın "Breşiya" klubu mövsümün sonunda futbolçusu Mario Balotelli ilə yollarını ayıracaq. 

Corner.az xəbər verir ki, bu barədə klubun prezidenti Massimo Çellini "TeleLombardia"ya açıqlamasında məlumat verib.

O, 30 yaşlı hücumçunun qəribə insan olduğunu deyib. Çellini Balotellinin komandanı düşünmədiyini söyləyib: "B Seriyasına düşəcəyimiz təqdirdə avtomatik olaraq müqavilə ləğv ediləcək, futbolçu sərbəst agent olacaq. Balotelli ilə müqaviləni media üçün imzalamadıq. Həqiqətən, onun oyunumuza töhfə verəcəyinə inandıq, məyusuq". 

Qeyd edək ki, Mario Balotelli 2019-cu ilin avqustunda "Breşiya" ilə müqavilə imzalayıb







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"