10 may 2026. Bazar günü

Buffon daha bir il Yuventus'da


Buffon daha bir il Yuventus'da

İtaliyanın "Yuventus" klubu qapıçısı Canluici Buffon ilə müqavilənin müddətini uzadacaq. 

Corner.az "La Stampa" nəşrinə istinadən xəbər verir ki, 42 yaşlı qolkiper Turin təmsilçisi ilə cari mövsümün sonunda başa çatacaq sözləşməsini yeniləmək barədə razılığa gəlib. 

Təcrübəli futbolçu daha bir il "Yuventus"da çıxış edəcək. 

Qeyd edək ki, Canluici Buffon 2001 - 2018-ci illərdə "Yuventus"da çıxış edib. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirdikdən sonra ötən ilin yayında Turin klubuna qayıdıb







İtaliya S.A.

“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi
De Bruyne “Napoli”də qalır
  • İtaliya S.A.
  • 21:55 06.05.2026
De Bruyne “Napoli”də qalır