29 yanvar 2026. Cümə axşamı

Balotelli göndərilir


Balotelli göndərilir

“Breşiya” klubu futbolçusu Mario Balotelli ilə yolları ayırır.

Corner.az-ın “Repubblica” nəşrinə istinadən yaydığı xəbərə görə, bununla bağlı tərəflər arasında razılıq əldə olunub.

Qeyd edək ki, “Breşiya” prezidenti Massimo Çellinonun belə bir qərar verməsinə 29 yaşlı futbolçunun bir neçə dəfə məşqə gəlməməsi səbəb olub. Balotelli isə heç bir hazırlığı buraxmadığını iddia edir.

Xatırladaq ki, ötən yay “Breşiya”ya keçən Balotellinin klubu ilə müqaviləsi 2022-ci ilin yayına qədər idi.(qol)







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”