24 aprel 2026. Cümə

Yuventus Milan'la matça itkilərlə çıxacaq


Yuventus Milan'la matça itkilərlə çıxacaq

"Yuventus" İtaliya kubokunun yarımfinal mərhələsinin "Milan"la bugünkü oyunu üçün iştirak ərizəsini açıqlayıb.

Corner.az klubun rəsmi saytına istinadən məlumatına görə, Turin təmsilçisi matça ciddi itkilərlə çıxacaq.

Komandanın heyətində müdafiəçilər Corco Kyellini, Merih Demiral, yarımmüdafiəçi Aaron Remsi və hücumçu Qonsalo İquain "Milan"a qarşı oynaya bilməyəcəklər. Onlar zədə səbəbindən matçı buraxacaqlar.

Qeyd edək ki, "Yuventus" - "Milan" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







İtaliya S.A.

“Alleqri taktiki baxımdan dahidir”
  • İtaliya S.A.
  • 22:30 23.04.2026
“Alleqri taktiki baxımdan dahidir”
“Milan” üçün əsas olan xallardır"
  • İtaliya S.A.
  • 23:18 19.04.2026
“Milan” üçün əsas olan xallardır"