23 noyabr 2024. Şənbə

İtaliya klubu Balotelli və menecerini məhkəməyə verir


İtaliya klubu Balotelli və menecerini məhkəməyə verir

"Breşiya" klubu futbolçusu Mario Balotelli və meneceri Mino Rayola ilə bağlı hüquqi addımlar atmağa hazırlaşır.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hər iki şəxsi yalan məlumat yaymaqda ittiham edən A Seriyası təmsilçisi onları məhkəməyə verəcəyini açıqlayıb.

Rayola 30 yaşlı hücumçunun koronavirus pandemiyası ilə bağlı fasilədən sonra komanda ilə birlikdə məşqlərdə iştirak etməməsini onun virus testindən keçirilməməsi ilə əlaqələndirib. İtaliya millisinin üzvü də sonradan məlumatı təsdiqləyib.

Breşiya təmsilçisi isə bu cür məlumatların klubun imicinə zərbə olduğunu düşünür və onlarla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır.

Qeyd edək ki, Balotelli 2019-cu ilin avqustunda azad agent kimi "Breşiya"ya keçib. O, cari mövsüm 1 oyunda 5 qol vurub.







İtaliya S.A.

Qabbia "Milan"la müqaviləsini uzadacaq
  • İtaliya S.A.
  • 14:57 21.11.2024
Qabbia "Milan"la müqaviləsini uzadacaq
"Balotelli yolunu azıb"
  • İtaliya S.A.
  • 22:34 19.11.2024
"Balotelli yolunu azıb"
"Cenoa" Qilardinonu istefaya göndərdi
  • İtaliya S.A.
  • 20:55 19.11.2024
"Cenoa" Qilardinonu istefaya göndərdi