30 iyun 2026. Çərşənbə axşamı

Roma, biz buradayıq - Ronaldo


Roma, biz buradayıq - Ronaldo

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo komandasının İtaliya kubokunun finalına yüksəlməsini şərh edib.

Corner.az xəbər verir ki, bununla bağlı o, özünün "İnstaqram" səhifəsində yazıb: "Yenidən başlamaq fərqli idi, amma məqsədimizə çatdıq. Roma, biz buradayıq".

Qeyd edək ki, "Yuventus" "Milan"la iki görüşün nəticəsinə əsasən (1:1, 0:0) səfərdə vurduğu qol hesabına finala çıxıb. Turin təmsilçisi finalda "Napoli" - "İnter" cütlüyünün qalibi ilə qarşılaşacaq. Həlledici görüş isə iyunun 17-i Romada keçiriləcək.(qol)







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı