30 iyun 2026. Çərşənbə axşamı

İbrahimoviç İsveçdə qaydaları pozdu


İbrahimoviç İsveçdə qaydaları pozdu

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç İsveçdə olarkən koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq olunan tibbi protokol qaydalarını pozub.

Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, 38  yaşlı hücumçu İsveç çempionatının 1-ci turunda  "Ostersund" üzərində 2:0 hesablı qələbə qazanan "Hammarbü" klubunu təbrik etmək üçün paltardəyişmə otağına girib.Qaydalara görə isə paltardəyişmə otağına yalnız futbolçu və məşqçilərin girişinə icazə verilib.

Qeyd edək ki, Z.İbrahimoviç "Hammarbü" klubunun sahibidir. Onun sözügedən klubda oynaya biləcəyi iddiaları yayılmışdı.(qol)







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı