10 may 2026. Bazar günü

Ronaldo ilk dəfə olaraq iki ardıcıl finalda uduzub


Ronaldo ilk dəfə olaraq iki ardıcıl finalda uduzub

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo karyerasında ilk dəfə iki final matçını ardıcıl olaraq məğlub tərk edib.

Corner.az xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.

Qeyd edək ki, İtaliya Kubokunun final matçında "Napoli" Turin "Yuventus"una qalib gəlib. Görüş Romanın "Olimpiko" stadionunda keçirilib.

Komandalar matçının əsas vaxtında fərqlənə bilməyiblər. İkinci hissənin başa çatmasından dərhal sonra penalti seriyası olub və “Napoli” 4:2 hesabı ilə qalib gəlib.

Bundan əvvəl "Yuventus" ölkənin Superkubok uğrunda matçda "Latsio"ya məğlub olub.(1:3).

Qeyd edək ki, Ronaldo "Yuventus"a 2018-ci ilin yayında "Real”dan keçib. 







İtaliya S.A.

“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi
De Bruyne “Napoli”də qalır
  • İtaliya S.A.
  • 21:55 06.05.2026
De Bruyne “Napoli”də qalır