10 may 2026. Bazar günü

Futbolçular Sarri'yə olan inamlarını itiriblər


Futbolçular Sarri'yə olan inamlarını itiriblər

"Yuventus"un futbolçuları İtaliya kubokun finalında "Napoli"yə məğlubiyyətdən (əsas vaxt - 0:0, penaltilər seriyası - 2:4) sonra baş məşqçi Maurisio Sarriyə olan inamlarını itiriblər.

Corner.az "La Gazzetta Dello Sport"a  istinadən xəbər verir ki, oyunçular italiyalı mütəxəssisin strategiyasından məyus olublar.

Bildirilib ki, futbolçular və klubun azarkeşləri 61 yaşlı çalışdırıcıya daha dəstək olmurlar. Rəhbərlik komanda A Seriyasında və Çempionlar Liqasında yaxşı nəticələr əldə etməsə, Sarrini istefaya göndərmək variantını nəzərdən keçirir.

Qeyd edək ki, "Yuventus" bu mövsümün əvvəli İtaliya superkuboku uğrunda mübarizədə "Latsio"ya uduzmuşdu.(qol)







İtaliya S.A.

“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi
De Bruyne “Napoli”də qalır
  • İtaliya S.A.
  • 21:55 06.05.2026
De Bruyne “Napoli”də qalır
“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”