24 aprel 2026. Cümə

Dzeko Roma'nın tarixinə düşdü


Dzeko Roma'nın tarixinə düşdü
İtaliya A Seriyasının 27-ci turu çərçivəsində “Roma” “Sampdoriya”nı 2:1 hesabı ilə məğlub edib.
 
Corner.az xəbər verir ki, paytaxt klubunun hər iki qolunun müəllifi olan Edin Dzeko klubun tarixinə düşüb.
 
Belə ki, 34 yaşlı futbolçu, bütün turnirlərdə “canavarlar” üçün vurduğu qolların sayını 104-ə çatdırıb. Bu göstərici ilə o, sabiq futbolçu Pedro Manfrediniyə şərik olaraq, komandanın heyətində ən çox qol vuran 5-ci futbolçu olub.
 
Qeyd edək ki, “Roma”nın ən çox qol vuran futbolçusu Françesko Tottidir. Sabiq futbolçu paytaxt klubunun heyətində 307 qolla yadda qalıb. İkinci sırada 138 qolla Roberto Pruzzo, üçüncüdə Amedeo Amadei (111), dördüncü sırada isə Rodolfo Volk (106) yer alıb.






İtaliya S.A.

“Alleqri taktiki baxımdan dahidir”
  • İtaliya S.A.
  • 22:30 23.04.2026
“Alleqri taktiki baxımdan dahidir”
“Milan” üçün əsas olan xallardır"
  • İtaliya S.A.
  • 23:18 19.04.2026
“Milan” üçün əsas olan xallardır"