- İtaliya S.A.
- 15:41 21.11.2024
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç İtaliya A seriyasının 28-ci turunda "Roma" ilə oyunu da buraxacaq.
Corner.az "Football İtalia"ya istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Stefano Pioli məlumat verib. O, zədədən bərpa olunan isveçli hücumçunun hələ hazır olmadığını deyib: "Zlatan dünən yaxşı məşq etdi. Ancaq o, hələ formada deyil. Sabah oynamayacaq. Tam hazır deyil".
Qeyd edək ki, İbrahimoviç zədə səbəbindən İtaliya kubokunda "Yuventus" və ölkə çempionatında "Leççe" ilə görüşləri buraxıb.(qol)