13 avqust 2026. Cümə axşamı

6 illik İnter karyerası - 0 oyun 2 qırmızı


6 illik İnter karyerası - 0 oyun 2 qırmızı

“İnter”in qapıçısı Tommaso Berni futbol tarixində nadir bir statiskaya imza atıb.

Corner.az xəbər verir ki, 37 yaşlı qapıçı A Seriyasının 38-ci turunda “Parma” ilə səfər oyununda (2:1) ehtiyat oyunçular skamyasında olduğu halda qırmızı vərəqə alıb.

Komandanın 3-cü qapıçısı bununla da "İnter”də ikinci dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. Maraqlıdır ki, o, “Kalyari” ilə görüşdə də ehtiyat oyunçular skamyasında olarkən qırmızı vərəqə almışdı.

2014-cü ildən “İnter”də çıxış edən Berni 6 il ərzində heç bir rəsmi qarşılaşmada oynamayıb. Onun Milan klubunda 6 illk karyerasındakı "fəaliyyəti" yalnız iki qırmızı vərəqədən ibarətdir.

Qeyd edək ki, Berninin “İnter”lə müqaviləsi mövsümün sonuna qədərdir.(qol)







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"