10 may 2026. Bazar günü

Başından xəsarət alan qapıçı ciddi zədədən qurtuldu


Başından xəsarət alan qapıçı ciddi zədədən qurtuldu

"Napoli" klubunun qapıçısı David Ospina ciddi zədədən qurtulub. 

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, A Seriyasının 29-cu turunda "Atalanta" ilə görüşdə başından xəsarət alan 32 yaşlı qolkiperin durumu yaxşıdır. 

Ospina komanda yoldaşı Mariu Ruy və "Atalanta"nın oyunçusu Mattia Kaldara ilə sərt toqquşmadan sonra 30-cu dəqiqədə əvəzlənib. Başından qan açılan qapıçının tezliklə yaşıl meydanlara qayıdacağı gözlənilir. 

Qeyd edək ki, matç "Atalanta"nın 2:0 hesablı qələbəsi ilə bitib. 







İtaliya S.A.

“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi
De Bruyne “Napoli”də qalır
  • İtaliya S.A.
  • 21:55 06.05.2026
De Bruyne “Napoli”də qalır
“Uğur üçün balans vacibdir”
  • İtaliya S.A.
  • 23:48 04.05.2026
“Uğur üçün balans vacibdir”