30 iyun 2026. Çərşənbə axşamı

Fiorentina'nın yeni baş məşqçisi


Fiorentina'nın yeni baş məşqçisi

 "Fiorentina" klubunda baş məşqçi dəyişikliyi reallaşacaq. 

Corner.az "Sky Sport"a istinadən xəbər verir ki, "Roma" klubunun sabiq futbolçusu Daniele De Rossi komandanın sükanı arxasına keçəcək. 

Karyerasını başa vuran 37 yaşlı sabiq yarımmüdafiəçi bu postda Cüzeppe Yakinini əvəzləyəcək. O, növbəti mövsümdən etibarən işə başlayacaq. 

Qeyd edək ki, Daniele De Rossi 2001 - 2019-cu illərdə "Roma"da çıxış edib. O, son olaraq Argentinanın "Boka Xuniors" komandasında oynayıb. Keçmiş yarımmüdafiəçi "Roma" ilə iki dəfə ölkə kubokunu, bir dəfə isə ölkə Superkubokunu qazanıb.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı