30 sentyabr 2026. Çərşənbə

Buffon'dan yeni rekord


Buffon'dan yeni rekord

"Yuventus"un qapıçısı Canluici Buffon İtaliya A seriyasının tarixində yeni rekord müəyyənləşdirib.

Corner.az-ın məlumatına görə, belə ki, 42 yaşlı qolkiper ölkə çempionatında "Torino" ilə matçda start heyətdə meydana çıxıb. Bununla da, A seriyasında  oyun sayını 648-ə çatdıran Buffon "Milan"nın sabiq müdafiəçisi Paulo Maldinini geridə qoyaraq bu göstəricidə ilk pilləyə yüksəlib. Maldini 1984-2009-cu illərdə elitada 647 görüşdə iştirak etmişdi.

Qeyd edək ki, Buffon İtaliyada "Yuventus" və "Parma"da oynayıb.







İtaliya S.A.