5 dekabr 2025. Cümə

Yuventus və Milan'dan qələbə


Yuventus və Milan'dan qələbə
İtaliya A Seriyasında 30-cu turun oyunlarına start verilib.
 
Cornee.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
Lider “Yuventus” turun açılış matçında öz meydanında “Torino”nu qəbul edib. Beş qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri darmadağınla qalib gəlib. “Sassuolo” da “Leççe”ni məğlub edib.
 
Turun mərkəzi görüşü paytaxt Romada baş tutub. Turnir cədvəlinin ikinci sırasında yer alan “Latsio”  öz meydanında “Milan”ı qəbul edib. Milanlılar 3 cavabsız qolla qələbə qazanıblar.
 
İtaliya A Seriyası
30-cu tur
4 iyul
 
Yuventus – Torino 4:1
Qol: Dibala, 3. Kuadrado, 29. Ronaldo, 61. Djidji, 87-öz qapısına – Belotti, 45+6-pen.
 
Sassuolo – Leççe 4:2
Qol: Kaputo, 5. Berardi, 63-pen. Boqa, 78. Muldur, 83 – Lusioni, 27. Mankosu, 67-pen.
 
Latsio – Milan 0:3
Qol: H.Çalhanoğlu, 23. İbrahimoviç, 34-pen. Rebiç, 59






İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”