17 mart 2026. Çərşənbə axşamı

İnter uduzdu, Napoli Roma'nı uddu


İnter uduzdu, Napoli Roma'nı uddu
İtaliya A Seriyasında 30-cu turun oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
“Roma” səfərdə “Napoli” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə meydan sahibləri inamlı qələbə qazanıb. 
 
“İnter” isə doğma meydanda “Bolonya”ya uduzub. 
 
“Atalanta” səfərdə “Kalyari”yə, “Fiorentina” “Parma”ya qalib gəlib. “Breşiya” “Verona”nı, “Sampdoriya” da SPAL-ı məğlub yola salıb. 
 
Dörd qolun vurulduğu “Udineze” – “Cenoa” matçında isə qalib müəyyənləşməyib.
 
İtaliya A Seriyası
30-cu tur
4 iyul
 
Yuventus – Torino 4:1
Qol: Dibala, 3. Kuadrado, 29. Ronaldo, 61. Djidji, 87-öz qapısına – Belotti, 45+6-pen.
 
Sassuolo – Leççe 4:2
Qol: Kaputo, 5. Berardi, 63-pen. Boqa, 78. Muldur, 83 – Lusioni, 27. Mankosu, 67-pen.
 
Latsio – Milan 0:3
Qol: H.Çalhanoğlu, 23. İbrahimoviç, 34-pen. Rebiç, 59.
 
5 iyul
 
İnter – Bolonya 1:2
Qol: Lukaku, 22 – Juvara, 74. Barrov, 80.
 
Breşiya – Verona 2:0
Qol: Papetti, 52. Donnarumma, 90+5.
 
Kalyari – Atalanta 0:1
Qol: Muriel, 27-pen.
 
Parma – Fiorentina 1:2
Qol: Kuçka, 49-pen – Pulqar, 19-pen; 31-pen.
 
Sampdoriya – SPAL 3:0
Qol: Linetti, 12; 45+3. Qabbyadini, 45.
 
Udineze – Cenoa 2:2
Qol: Fofana, 44. Lasanya, 73 – Pandev, 81. Pinamonti, 90+6.
 
Napoli – Roma 2:1
Qol: Kalyexon, 55. İnsinye, 82 – Mxitaryan, 60.






İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə