15 may 2026. Cümə

Milan'da həm prezident, həm futbolçu, həm də baş məşqçiyəm


Milan'da həm prezident, həm futbolçu, həm də baş məşqçiyəm

"Mən ulduzam. Bu, sirr deyil. Yaş isə sadəcə, rəqəmdir".

Corner.az-ın məlumatına görə, bunu "Milan"ın futbolçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasının 31-ci turunun "Yuventus"la ev oyunundan sonra "Football Italia" nəşrinə açıqlamasında deyib.

Turin klubu üzərində 4:2 hesablı əzmkar qələbəni şərh edən isveçli hücumçu özünü tərifləyib: "Yaxşı işləyir, özümü yaxşı hiss edirəm. Bu gün əvvəlki qarşılaşma ilə müqayisədə daha çox oynadım, komandama kömək etməyə çalışıram. Görək, növbəti mövsümdə də "Milan"da çıxış edəcəyəmmi"?

38 yaşlı forvard klubda 3 vəzifəni yerinə yetirdiyini bildirib: "Həm prezident, həm oyunçu, həm də baş məşqçiyəm. Yeganə mənfisi odur ki, yalnız oynadığıma görə pul ödəyirlər. Mövsümün startından burada olsaydım, çempionluğu da qazanardıq".

Qeyd edək ki, Zlatan İbrahimoviç dünənki matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







İtaliya S.A.

Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi